Qadin.NET / İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...

İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...

"Bildiyimiz kimi payız fəsli tənəffüs yolu infeksiyalarının aktivləşdiyi dönəmdir. Xüsusilə də, qrip virusunun yayılması ilə sıx qarşılaşırıq".
Qadin.Net xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.
İnfeksionist bildirib ki, COVİD-19 infeksiyasından risk qrupunda olan insanlar eyni zamanda qrip virusu üçün də risk qrupundadır:
"COVİD-19 infeksiyasının başlanğıcı da eyni qrip əlamətləri ilə, yəni, yüksək temperatur, quru öskürək və halsızlıq ilə başlayır. Qrip xəstəliyinin dünyada 2-5 milyon ciddi infeksiyaya və təqribən 290-650 min arasında ölümə səbəb olduğu təxmin edilməkdədir. Pandemiya dönəmində olduğumuz üçün COVİD-19 infeksiyası üçün risk qrupunda olan insanlar eyni zamanda qrip virusu üçün də risk qrupundadır. COVİD-19 infeksiyası zamanı qripə yoluxmaq vəziyyəti daha da ağırlaşdıra bilər. Bu baxımdan mövsümi qrip peyvəndinin vurulmasının vacibliyini söyləmək istəyirəm. Qrip peyvəndi ilə xəstəliyin qarşısının alınması və xəstəxana yükünün azaldılması mümkün olacaqdır. Yoluxma riskini azaltmaq üçün eyni zamanda mövcud qaydalara ciddi əməl edilməlidir. İnsanların sıx toplaşdığı məkanlara gedilməməli, qapalı məkanlarda maska taxılmalı, sosial məsafə saxlamaq və şəxsi gigiyena qaydalarına riayət edilməlidir".

30 avqust 2020
GO BACK