Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı 25 milyonu ötüb.
Son statistik məlumatlara görə, hazırda bu rəqəm 25 015 971-ə çatıb.
İndiyə qədər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 843 120 nəfər vəfat edib.
Yoluxanlardan 17 382 787 nəfər isə sağalıb.
Dünyada ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.