Virus simptomsuz keçirsə, antivirus preparatları verilmir.
Qadin.Net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.
O bildirib ki, bu gün virusa simptomsuz yoluxanlara, sadəcə, vitamin müalicəsi tətbiq edilir:
“Ümumiyyətlə, virusu simptomsuz keçirən şəxslərə evdə müalicəyə də antivirus preparatlar təyin edilmir. Bu, yalnız xəstəxana şəraitində simptomlu xəstələrə tətbiq edilir. Onu da qeyd edim ki, bu gün xəstəxanalarda koronavirus xəstələrinin də sayında azalma var”.