Qadin.NET / TƏBİB rəsmisindən koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ

TƏBİB rəsmisindən koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ

Koronavirusa yoluxan və ya yoluxmayanlar xəstəlikdən eyni dərəcədə qorunmalıdır. Koronavirusu ilkin olaraq yüngül keçirənlər, növbəti dəfə yoluxduqda çox ağır keçirir.
Qadin.Net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.
O bildirib ki, koronavirusa yoluxub sağalmaq hələ bizi ikinci yoluxmadan qorumur:
“Virusdan qorunma tədbirlərİ eyni qaydada tətbiq edilməlidir. İnsan xəstəliyə yoluxubsa və ya yoluxmayıbsa, fərq etmir. Məsələn, dünya ölkələrinin praktikasından bunu eşidirik.
Koronavirusdan sağalanlar arasında təkrar yoluxma faktları var. Elə ölkələr var ki, orada xəstəliyi ilk dəfə yüngül keçirən ikinci dəfə daha ağır formada keçirir. Və ya ilk dəfə yoluxanda xəstəliyi ağır keçirənlər ikinci dəfə daha yüngül formada keçirir.

Bu məsələdə heç kim sığortalanmayıb, odur ki, koronavirusdan qorunma tədbirlərinə laqeyd yanaşmayaq”.

29 avqust 2020
GO BACK