Qadin.NET / Karantin rejiminin hansı halda daha da yumşaldılacağı açıqlandı - RƏSMİ

Karantin rejiminin hansı halda daha da yumşaldılacağı açıqlandı - RƏSMİ

Seroloji testlər könüllü olsa da, hamıya bu trestlər tətbiq edilməyəcək.
Qadin.Net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.
Onun sözlərinə görə, seroloji testlər təsadüfi zənglər əsasında həyata keçirilir və təhlükəsizdir:
“Məqsədimiz ölkədə ümumi mənzərənin ətraflı öyrənilməsidir. Biz ölkə əhalisinin neçə faizinin xəstəliyə yoluxduğunu və onların qanında anticisimlərin yarandığını müəyyən etməyə çalışırıq.
Əgər bilsək ki, 50 faiz insanlar bu xəstəliyi keçirib, biz karantin rejimini daha da yumşalda bilərik. Amma insanlarımızın 20 faizinin xəstəliyi keçirdiyini görsək, biz karantin rejimini yumşalda bilmərik.
Hazırda əlimizdə olan məlumata görə, Bakı üzrə 300 insanın qanında anticisimlərin formalaşıb-formalaşmadığının müəyyən edilməsi istiqamətində laboratoriyada işlər davam etdirilir”.

29 avqust 2020
GO BACK