Koronavirus pandemiyası zamanı İsveçin karantindən imtina etməsi ölkə üçün yeni bir fayda vəd edir: bu addım nəinki ÜDM-in (Ümumi Daxili Məhsul) azalmasını yavaşladıb, həm də Krallığa iqtisadiyyatı tamamilə yenidən başlatmaq imkanı verib.
“Bloomberg”in məlumatına görə, bu barədə İsveçin maliyyə naziri Maqdalena Anderson bəyan edib.
Onun sözlərinə görə, 2020-ci ilin yekunlarına görə Krallıqda ÜDM-in düşməsi, məhdudiyyətlər yolunu tutan Avropa ölkələrindən əhəmiyyətli dərəcədə az olacaq.
M.Anderson bu müsbət proqnozu İsveç rəsmilərinin sərt karantin tətbiq etmədiyi və “kollektiv immunitet” yoluna getmədiyi ilə əlaqələndirib.
“Beləliklə, İsveç iqtisadiyyatı üçün ən son proqnoza görə ÜDM bu il 4,6 faizdə oturuşacaq, 2021-ci ildə isə 4,1 faiz artacaq. Avropa İttifaqının 2020-ci ildə gözlənilən çöküşü 8,7 faiz olacaq (Avropa Komissiyasının yay proqnozuna görə)”, - deyə nazir vurğulayıb.
O həmçinin ÜDM ilə bağlı proqnozlar fonunda ölkə hakimiyyətinin anti-böhran proqramının genişləndirilməsi və vətəndaşların rifahının yaxşılaşdırılması üçün, eləcə də iqlim dəyişikliyinə qarşı mübarizəyə 2021-ci il üçün əlavə 11.5 milyard dollar ayırdığını bildirib.
“Ölkənin ən qısa müddətdə tənəzzüldən çıxması üçün İsveç iqtisadiyyatını yenidən başlatmalıyıq”, - deyə Krallığın Maliyyə Nazirliyinin rəhbəri əlavə edib.
Onun sözlərinə görə, İsveç hökuməti koronavirus fonunda yeni iş yerləri yaratmaq, ölkənin iqlim dəyişikliyinə uyğunlaşmasını sürətləndirmək və sosial xidmətləri yaxşılaşdırmaq üçün tarixi bir imkan əldə edib.