Rusiyada Voronej şəhər sakinləri yağış və qara görə də pul ödəyirlər.
Qadin.Net bildirir ki, bu barədə “Vesti Voronej” xəbər yayıb.
Bildirilir ki, kommunal xidmətlər barədə sənədə yağış, həmçinin ərimiş qarın təmizlənməsi üçün nəzərdə tutulan “çirkab sularının təmizlənməsi” bəndi artırılıb.
Lakin yerli sakinlər bu vəziyyətdən narazıdırlar, çünki təbii yağıntılar üçün pul ödəmək istəmirlər.