Qadin.NET / Kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq? - VİDEO

Kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq? - VİDEO


Epidemioloji vəziyyət imkan verərsə, bu il 1 milyon 300 min şagird uyğunlaşdırılmış qaydada tədrisə cəlb olunacaq.
Bunlar məktəbəqədər hazırlıqda - 120 min uşaq, ibtidai siniflərdə - 650 min şagird, 5-dən yuxarı siniflərdə - 737 min şagird, peşə və ali təhsil müəssisələrində - 176 min tələbədir.
Bəs kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq?
İbtidai siniflər sentyabr ayının 15-dən noyabrın 2-nə qədər həftədə dörd dəfə, əgər yoluxmalar çoxalarsa həftədə üç və ya iki dəfə olmaqla ənənəvi formada, 5-dən yuxarı siniflər sentyabr ayının 15-dən ən azı mart ayına qədər həftədə 2-3 dəfə olmaqla onlayn şəkildə dərslər təşkil olunacaq.
Peşə və ali təhsil tələbələri sentyabr ayının 15-dən ən azı mart ayına qədər onlayn təhsil alacaqlar. Ancaq burada bəzi ixtisaslarda I kurslarda istisnalar var.

Qadin.Net bildirir ki, ətraflı Baku TV-nin süjetini təqdim edirik:

28 avqust 2020
GO BACK