Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer Tatlıtuğ cütlüyünün başından bəla əskik olmur.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Sinan Altıntaş adlı şəxs onları ölümlə hədələyir. Bir ay müddətinə qorunma qərarı aldıran aktyor yenidən məhkəməyə müraciət edib.
Kıvanç və Başak Altıntaşın onları sosial şəbəkədə yenidən təhdid etməyə başladığını deyib. Altıntaş Tatlıtuğa "Həbsxanaya girəcəksən, orada sənə nələr edəcəklər bir gör", Başaka isə "Ərini öldürüb səni itim edəcəyəm" sözlərini yazır.
Cütlük həmin şəxsin xəstəxanaya yatırılmasını tələb edir.