"Valideynlər övladlarının həftənin hansı günündə dərsə gələcəyini məktəbdən öyrənəcəklər".
Qadin.Net xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, tədris planları hazırlanaraq məktəbə göndəriləcək:
"Ola bilər ki, eyni sinifdə oxuyan şagirdlər dərsə həftənin müxtəlif günlərində gedə bilərlər. Sentyabrın 8-dən sonra məktəbə müraciət etməklə bu tarixi öyrənmək olar".
Nazir əlavə edib ki, məktəblərin açılması və açıldıqdan sonrakı davranışlara aid metodik göstəricilərin yaxın günlərdə təsdiqlənərək ictimaiyyətə açıqlanması gözlənilir.