Məktəbə gələn şagirdlərin hərarətləri ölçüləcək.
Qadin.Net xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, məktəbdə müəllimlər üz sipərindən istifadə edəcək:
“Uşaqlar maska taxacaq. Hərarətləri yoxlanılacaq. Hərarəti olan şagirdlər izləniləcək. Bu istiqamətdə hər bir şagirdə pandemiya dövründə riayət etməli olduqları qaydaların əksini tapdığı kitabçalar paylanacaq”.