5-11-ci siniflərdə dərslər onlayn şəkildə keçiriləcək.
Qadin.Net xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə deyib.
Onun sözlərinə görə, ən azı mart ayına qədər teledərslər və virtual məktəb layihəsi davam edəcək.
"Lakin bu siniflərin mərhələli şəkildə təhsilə başlamasını planlaşdırırıq. Əgər epidemioloji vəziyyət imkan verəcəksə, 1,3 milyon şagirdi uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarmağı planlaşdırırıq".
Nazir qeyd edib ki, vəziyyət imkan verərsə, 10-11-ci siniflərin 1 oktyabrdan ənənəvi dərslərə başlaması planlaşdırılır.