Şagirdlərin yerdəyişməsi qaydası ənənəvi formada davam edəcək.
Qadin.Net xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, valideyn uşağını bir məktəbdən başqa məktəbə keçirə bilər:
“Valideyn yaşadığı əraziyə müvafiq olaraq övladının təhsil aldığı məktəbi dəyişə bilər. Bir şərtlə ki, həmin təhsil müəssisəsində yer olsun. Burada heç bir problem olmayacaq, artıq bu prosesə start verilib”.