Ali təhsil müəssisələrində 65 yaşdan yuxarı müəllimlərin sayı çoxdur.
Qadin.Net xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, ölkədə iki universitet istisna olmaqla, digər universitetlərdə vəziyyət belədir:
“65 yaşdan yuxarı şəxslərin risk qrupunda olmasını nəzərə alaraq, dərslərin distant tədris formasında keçirilməsinə üstünlük veririk.
Digər bütün universitetlərimizdə 50 yaşa qədər olan müəllimlərin sayı, demək olar ki, bərabərdir”.
Nazir qeyd edib ki, risk qrupunda olan müəllimlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onların əməkhaqları saxlanmaqla əvəzlənməsi planlaşdırılır.
Bildirək ki, 38 faiz müəllim 50 yaşdan, 12 faiz 60 yaşdan yuxarıdır.