Məktəbdə sıxlığı azaltmaq üçün bəzi fənlərin əyani, bəzi fənlərin onlayn keçirilməsi planlaşdırılır.
Qadin.Net xəbər verir ki, bunu Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, bu, sıxlığın azaldılmasına kömək olacaq:
“Fənlər seçilən zaman onların tədris prosesi nəzərə alınacaq. Bununla da məktəblərdə şagirdlərin sayında azalma olacaq ki, bu da sosial məsafənin lazımi şəkildə qorunmasına şərait yaradacaq”.