“Ölkədə internet və onlayn tədris daha yaxşı ola bilərdi, biz bununla razıyıq”.
Qadin.Net xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, martın 3-dən bu günə qədər pandemiya dövründə tədris prosesində elektronlaşma sürətlə gedib:
“Aprel ayında bir milyon şagird və 100 mindən artıq müəllim e-mail ünvanı açaraq, distant təhsilə qoşulub və bundan yararlanıb. Düşünürəm ki, bu artımın səbəbi tələbatla bağlı olaraq dəyişib”.
Nazir bəzi ölkələrdə də teledərslərin şagirdlərə təqdim edildiyini deyib:
“Bu, şagirdlər üçün çox müsbət haldır. Həmin videodərsliklər sayəsində biz müxtəlif fənlərlə bağlı geniş bazaya sahib oluruq”.