Qadin.NET / Azərbaycanda tədris müəssisələrinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlandı - RƏSMİ

Azərbaycanda tədris müəssisələrinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlandı - RƏSMİ

Ölkədə bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.
Qadin.Net- xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, məktəbəqədər təhsil və bağçalarda distant təhsil mümkün deyil:
“Ailələrin işləməsini nəzərə alaraq, uşaq bağçalarının sentybarın 15-dən başlayaraq epidemioloji vəziyyət nəzərə alınmaqla fəaliyyəti bərpa ediləcək.
Bu, ölkənin bütün regionlarına eyni anda şamil edilməyəcək. Oktyabr ayının 1-dək müşahidə aparılacaq. Əgər epidemioloji vəziyyətdə kəskin dəyişiklik olmazsa, bu, davam edəcək”.
Onun sözlərinə görə, bu proses sentyabrın15-dən noyabrın 2-dək davam etdiriləcək.

27 avqust 2020
GO BACK