ABŞ Prezidenti Donald Trampla həyat yoldaşı Melaniya Trampın münasibətləri yenə ictimai müzakirələrə səbəb olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Melaniya Tramp dünən Konqresdə həyat yoldaşı D.Trampa dəstək məqsədilə təsirli çıxış edib. Əsas olay da bundan sonra baş verib. Ön sıralarda Melaniyanı qürurla izləyən prezident səhnəyə çıxaraq həyat yoldaşını dodağından öpmək istəyib. Lakin bu zaman birinci ledi Trampa yanağını çevirib.
Bütün gözlərin Melaniya Trampın üzərində olduğu bir vaxtda onun ərinə qarşı olan rəftarı mətbuatda və sosial şəbəkələrdə gündəm yaradıb.
Bundan əvvəl Trampın əlini tutmaqdan imtina edən birinci ledinin bu hərəkəti göstərib ki, cütlüyün münasibətləri elə də rəvan getmir. Tribuna önündə yaşananlardan sonra birinci ledi heç nə olmamış kimi onu dinləyənləri salamlayıb, ölkə başçısı ilə gülümsəmək məcburiyyətində qalıb.