Qadin.NET / “Google”un direktorundan “TikTok” açıqlaması

“Google”un direktorundan “TikTok” açıqlaması

ABŞ-ın “Google” şirkəti “TikTok” sosial şəbəkəsini almaq niyyətində olmadığını elan edib.
“Bloomberg” agentliyi bu barədə “Google”un Baş icraçı direktoru Sundar Piçainin açıqlamasına istinadən məlumat yayıb.
Öz növbəsində S. Piçai “TikTok”un “Google” şirkətinin bulud texnologiyasından istifadə etdiyini təsdiqləyib.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp sentyabrın 15-dək “Microsoft” və ya digər ABŞ şirkətinə satılmayacağı təqdirdə “TikTok” əlavəsinin Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağı ilə hədələyib.

28 avqust 2020
GO BACK