Qadin.NET / Avqust ayı üzrə sosial yardımlar ödənildi

Avqust ayı üzrə sosial yardımlar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.
Bu barədə Fondun mətbuat katibi Rəşad Mehdili məlumat verib.
O bildirib ki, ünvanlı dövlət sosial yardımı alan şəxslərin hesablarına vəsait artıq köçürülüb.
Vətəndaşlar ünvanlı sosial yardım üzrə vəsaitlərini Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə əldə edə bilərlər.

27 avqust 2020
GO BACK