Qadin.NET / İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verəcək

İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verəcək

Bu gün ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir.
Qadin.Net xəbər verir ki, Təhsil Nazirliyindən verilən xəbərə görə, imtahanlarda 1607 namizədin iştirakı nəzərdə tutulur.
Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

27 avqust 2020
GO BACK