Böyüklərlə yanaşı, uşaqlarda da koronavirusa yoluxma halları müşahidə olunur. Onlar sağaldıqdan sonra bəzi fəsadlar isə qalır.
Tibb işçilərinin sözlərinə görə, COVID-19-dan sonra uşaqlarda baş ağrıları və öskürək davam edir, həmçinin, həzm sistemi pozulur.
Həkim-infeksionist Sədrəddin Atakişiyev deyir ki, onların əksəriyyətinin xəstəliyi daha rahat keçirdiyi təsdiqini tapıb. Amma xəstəliyi ağır keçirən uşaqlar da az deyil.
Qeyd edək ki, Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma beş faiz təşkil edir.
Qadin.Net bildirir ki, ətraflı Baku TV-nin süjetini təqdim edirik: