Qadin.NET / Kanye Uest müsəlmanları qəzəbləndirdi

Kanye Uest müsəlmanları qəzəbləndirdi

Bugünlərdə Amerikada prezident seçkilərinə namizədliyini irəli sürən repçi Kanye Uest müsəlmanları qəzəbləndirib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna səbəb isə onun “Adidas” brendi ilə hazırladığı yeni ayaqqabı kolleksiyası olan “Yeezy Boost V2”nin 2 fərqli rənginə İsrafil və Əzrayıl mələklərinin adını qoyması olub.
Tvitterdəki alıcılar isə bunun müsəlman fanatlarına qarşı tam hörmətsizlik olduğunu yazıblar.
Məsələ ilə bağlı repçi və brend hələlik heç bir açıqlama verməyib.

26 avqust 2020
GO BACK