Fransada dünya ədəbiyyatında detektiv janrın ustası hesab olunan Aqata Kristinin romanının adı dəyişdirilir.
Qadin.Net bildirir ki, RTL radiostansiyasının məlumatına görə, yazıçının ən məşhur “On zənci balası” əsərinin adı irqi ayrı-seçkiliklə əlaqədar olaraq “Onlar on nəfər olublar” adı ilə əvəz olunacaq.
A.Kristi nəslinin nümayəndəsi Ceyms Priçard bildirib ki, 2020-ci il yeni davranış qaydaları diqtə edir və xüsusən ifadələrin seçilməsində son dərəcə ehtiyatlı davranmaq lazımdır.