Azərbaycanda koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66791 test aparılıb.
Aktiv xəstə sayı isə 1904 nəfərdir.