Qadin.NET / Kim Çenin son görüntüləri yayıldı

Kim Çenin son görüntüləri yayıldı

Komada olduğu iddia edilən Şimali Koreya lideri Kim Çen Inın görüntüləri yayılıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Kim Çen In Siyasi Büronun iclasında iştirak edib. İclasdan görüntülər mediada yayılıb və onun sağlam olduğu bildirilib.
Toplantıda Şimali Koreya liderinin COVID-19-a qarşı mübarizədə göstərilən səylərdən məmnun olmadığını səlahiyyətlilərə bildirdiyi və bu barədə aidiyyəti şəxslərə xəbərdarlıq etdiyi qeyd edilib.
Qeyd edək ki, bir neçə gün öncə Cənubi Koreya mediası Kim Çen Inın koma vəziyyətində olduğunu və səlahiyyətlərinin bir hissəsini bacısı Kim Yo Ina verdiyini iddia etmişdi.

26 avqust 2020
GO BACK