“Hilton” otellər şəbəkəsinin varisi, müğənni-dicey Peris Hilton yumurtalarını dondurub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə 39 yaşlı sənətçi “Sunday Times” nəşrinə müsahibəsində deyib:
“Rəfiqəm Kim Kardaşyan mənə məsləhət verdi və öz həkimi ilə tanış etdi. Onunla söhbətdən sonra özüm üçün vacib addımı atmağa qərar verdim. Vaxtından əvvəl ərə getməmək və uşağın atasının seçimi ilə bağlı səhv etməmək üçün yumurtalarımı dondurdum”.