Ad günündə koronavirusa yoluxduğunu açıqlayan dünya şöhrətli aktyor Antonio Banderas artıq sağalıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, avqustun 10-da 60 yaşını qeyd edən aktyor bu barədə sosial şəbəkədə məlumat verib:
“Karantin rejiminə 21 gün nizamla riayət etdikdən sonra sağaldım. Fikrim infeksiyaya qalib gələ bilməyənlərin və məndən ağır vəziyyətdə olanların yanındadır. Möhkəm olun!”.
Qeyd edək ki, COVİD-19 virusuna Mel Gibson, Tom Henks, İdris Elba, Ayşvariya Ray kimi məşhurlar da yoluxmuşdu.