Qadin.NET / Ötən il cinayət törədən qadınların sayı bəlli olub

Ötən il cinayət törədən qadınların sayı bəlli olub

Ötən il Azərbaycanda 1039 qadın cinayət törədib.
Qadin.Net Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qadınlar ən çox oğurluq ediblər.
Belə ki, 2019-cu ildə ölkədə cinayət törədən 1039 qadından 11 nəfəri adam öldürüb, bir nəfər isə öldürməyə cəhd edib.
Eyni zamanda cinayət törədən qadınların 137-si oğurluğa, 100-ü dələduzluğa, 97-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, 58-i yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya, 46-sı xuliqanlığa, dördü rüşvətxorluğa görə məsuliyyətə cəlb ediliblər.
Qadınların törətdiyi yol-nəqliyyat qəzalarında zərərçəkənlərdən doqquz nəfəri ölüb.

26 avqust 2020
GO BACK