Qadin.NET / Dietoloq köklüyə səbəb olan içkiləri açıqladı

Dietoloq köklüyə səbəb olan içkiləri açıqladı

Şirin, südlü, siroplu və ya qaymaq kimi yağlı və yüksək kalorili qəhvə içkiləri çəki köklüyə ola bilər.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın dietoloqlar və qidalanma üzrə Milli Assosiasiyasının mütəxəssisi Nataliya Kruqlova məlumat verib. O, qeyd edib ki, belə içkiləri kökəlmək istəyən insanlar içməlidir.
“Əgər qəhvəyə şəkər, qaymaq və şərbət əlavə olunursa, bu içki lazımi miqdarda vitamin və mineral ehtiva etməyən yüksək kalorili bir məhsula çevrilir. Bunlar sadəcə boş karbohidratlar və doymuş yağlardır. Kökəlmək arzunuz varsa, bu içkilərdən istifadə edə bilərsiniz”, - ekspert açıqlamasılnda qeyd edib.
Bundan əlavə, dietoloq alternativ süd növlərinin - qoz, qarabaşaq yarması və yulaf, soyanın qəhvəyə əlavə edilməsinə şübhə ilə yanaşdığını bildirib. Nataliya Kruqlovanın sözlərinə görə, bunu yalnız süd zülalına qarşı dözümsüzlüyü olanlar etməlidirlər. Fakt budur ki, bu cür məhsulların qida dəyəri xeyli aşağıdır. İnək südü bitki südü ilə müqayisədə amin turşusu baxımından daha dəyərlidir.

26 avqust 2020
GO BACK