ABŞ-ın birinci xanımı Melaniya Tramp Donald Trampın COVID-19-un təsirli bir müalicəsinin tapılması və ya hər kəs üçün əlçatan bir peyvənd yaratmaq üçün hər şeyi edəcəyini vəd edib.
Qadin.Net bildirir ki, “RİA Novosti” xəbər verir ki, o, yaxınlarını itirənlərin hamısına başsağlığı verib:
“Bilirəm ki, insanların çoxu narahatdır, bəziləri özlərini çarəsiz hiss edirlər. Bilməyinizi istəyirəm ki, hər kəs üçün əlçatan effektiv müalicə və ya peyvənd əldə edilənə qədər ərimin administrasiyası mübarizəni dayandırmayacaq. Bu dəhşətli pandemiyadan əziyyət çəkənlərin hamısına qayğı göstərmək üçün əlindən gələni etməyənə qədər Donald rahatlıq tapmayacaq”.
ABŞ-ın birinci xanımı pandemiya zamanı fəaliyyətlərinə görə həkimlərə, tibb işçilərinə və müəllimlərə təşəkkür edib.