Qadin.NET / Altsheymer xəstəliyi ilə mübarizədə yeni üsul tapıldı

Altsheymer xəstəliyi ilə mübarizədə yeni üsul tapıldı

Kentuki Universitetinin “Sanders-Brown” Yaşlanma Mərkəzinin mütəxəssisləri altsheymer xəstəliyini TREM2 reseptorunu aktivləşdirən anticisimlərlə müalicə etmək üsulunu təklif ediblər.
Qadin.Net bildirir ki, Tədqiqat “Neuroinflammation Journal”da dərc olunub.
Texnologiya qocalıqda demensiyanın (Demensiya - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) inkişafına səbəb olan neyroinflamasiyaya təsir göstərməyə imkan verir.
Yeni metodun artıq laboratoriya siçanlarında uğurla sınaqdan keçirildiyi bildirilir.

27 avqust 2020
GO BACK