Qadin.NET / Öldüyü deyilən gənc qız dəfn mərasimində dirildi - FOTO

Öldüyü deyilən gənc qız dəfn mərasimində dirildi - FOTO

Öldüyü hesab olunan qız dəfn bürosunda həyat əlamətlərini göstərib.
Qadin.Net bildirir ki, WXYZ TV-nin məlumatına görə, qorxunc hadisə ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində baş verib.
Bildirilir ki, 20 yaşlı Taymişa Boşamp öz evində huşsuz şəkildə tapılıb. Həkimlərin səyinə baxmayaraq, onu özünə gətirmək mümkün olmayıb. Sonda həkimlər T.Boşampın öldüyü barədə rəy hazırlayaraq, qohumlarına təhvil veriblər.
Qeyd olunur ki, qızın bədənində zorakılıq əlamətləri olmadığı üçün yarılmayıb.
Dəfn bürosunda balzamlama prosesinə başlayarkən qız birdən-birə gözlərini açıb və nəfəs almağa başlayıb.
Hazırda T.Boşampın səhhəti barədə məlumat verilmir, ancaq onun ağciyərlərin süni ventilyasiyası aparatına qoşulduğu bildirilir.

26 avqust 2020
GO BACK