Qadin.NET / ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA

ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yenidən yoluxma hallarını istisna etmir.
Qadin.Net bildirir ki, “RİA Novosti” bu barədə ÜST-ün rəsmi təmsilçisi Marqaret Harrisin bu gün keçirilən brifinqdəki açıqlamasına istinadla xəbər yayır.
Onun sözlərinə görə, bəzən insanların mənfi nəticə verən testi sonradan müsbət göstərir:
“Həqiqətən həmin insanların koronavirusa yenidən yoluxmaları və ya testlərin problemli olması hələ ki, məlum deyil. Ancaq qeyd etmək lazımdır ki, belə hadisələr çox az hallarda baş verir”.

25 avqust 2020
GO BACK