Qadin.NET / Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 133 yeni yoluxma

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 133 yeni yoluxma

Azərbaycanda koronavirus infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6612 test aparılıb.
Aktiv xəstə sayı isə 1848 nəfərdir.

25 avqust 2020
GO BACK