Qadin.NET / Pelosi: "Tramp ABŞ-ın daxili düşmənidir"

Pelosi: "Tramp ABŞ-ın daxili düşmənidir"

ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi ABŞ prezidenti Donald Tramp və Respublika partiyasının nümayəndələrini ölkəni "daxili düşmənləri" adlandırıb.
Qadin.Net xəbər verir ki, bu barədə “Fox News” yazıb.
“Konstitusiyanı xarici və daxili bütün düşmənlərdən qorumaq üçün and içirik. Təəssüf ki, səsvermə sistemimizin və Konstitusiyamızın daxili düşmənləri Pensilvaniya prospekti 1600 ünvanında (Ağ Evin ünvanı – red.) və Konqresindəki müttəfiqləri ilə birlikdədir", - N.Pelosi deyib.
Qeyd edək ki, ABŞ-ın 59-cu prezident seçkisi noyabrın 3-nə təyin edilib. Keçmiş vitse-prezident Co Bayden seçkilərdə demokratları təmsil edəcək, hazırkı dövlət başçısı Donald Tramp isə respublikaçılardan çıxış edəcək.

26 avqust 2020
GO BACK