Qadin.NET / Ebru Şallı aylar sonra ilk dəfə

Ebru Şallı aylar sonra ilk dəfə

Bir neçə ay əvvəl xərçəng xəstəsi olan oğlunu itirən model Ebru Şallı ilk dəfə kamera qarşısında duyğularını dilə gətirib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ebru Şallı göz yaşlarına hakim ola bilməyib.

“Ayaqda durmaq məcburiyyətindəyəm, böyük oğlum var. Gözümün içinə baxır... Həyat yoldaşım var. Hər kəs bu müddətdə dəstək olmağa çalışır.

Mənfi rəylərin yazılması həqiqətən çox üzücüdür. Bunu yaşamayan bilməz. Allah heç bir ana-atanın başına gətirməsin. Pis bir iş görmürəm ki, həyat yoldaşımın doğum gününü təbrik etmişdim, yanımızda uşaqlarımız da var. Heç kimə hesab vermək məcburiyyətində deyiləm. Dünyanın ən böyük acısını son nəfəsimə qədər yaşayacağam. Heç kim içimdəki fırtına və acını sakitləşdirə bilməz”.

25 avqust 2020
GO BACK