Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.
Qadin.Net bildirir ki, APA-nın məlumatına görə, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə, Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Düşmən cavab atəşi ilə susdurulub.