Paytaxtın Sabunçu rayonunda koronavirusa yoluxmuş xəstə müəyyən olunub.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən Maştağa qəsəbəsində qəsəbə sakini, 1989-cu il təvəllüdlü Anar Cəfərov vətəndaşların intensiv hərəkət etdiyi istirahət parkında aşkar olunub.
COVID-19 daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib.