ABŞ Prezidenti Donald Tramp ölkəsinin müəyyən məqamda Çinlə ümumiyyətlə biznes əlaqələrini dayandıra biləcəyini istisna etməyib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
"Məndən (ABŞ və Çin iqtisadiyyatlarını - red.) ayırmağa və Çinlə iş aparmamağa hazır olub-olmadığımı soruşursunuz. Bu, çox maraqlı bir sualdır, çünki indiyə qədər Çindən heç bir şey almamışıq, yalnız pul itirmişik", - Tramp telekanala deyib.
"Onlar bizimlə yanlış rəftar edirlər. Mən bu barədə düşünəcəyəm", - prezident əlavə edib.