Qadin.NET / Gözəllik salonunda 35 nəfər koronavirusa yoluxdu

Gözəllik salonunda 35 nəfər koronavirusa yoluxdu

Yumşalmadan sonra fəaliyyətlərinə icazə verilməsinə baxmayaraq, koronavirusa yoluxma riski olan yerlər arasında gözəllik salonları hələ də qalmaqdadır.
Qadin.Net Hürriyet.com-a istinadla xəbər verir ki, Türkiyənin Ordu şəhərində toyda koronavirusa kütləvi yoluxma halı baş verib.
Hadisəyə təkcə pandemiya dövründə deyil, adi günlərdə belə əməl edilməli olunan sadə gigiyena qaydalarına riayət edilməməsi səbəb olub.
Belə ki, eyni makiyaj vasitəsindən istifadə edən 35 nəfər COVID-19-a yoluxub.
Yoluxmanın daha da artmasının qarşısının alınması məqsədilə məhəllə ümumilikdə karantinə alınıb.

25 avqust 2020
GO BACK