Dünyaca məşhur dizayner Viktoriya Bekhemin həyat yoldaşı Devid Bekhem onun hazırladığı kosmetik vasitələrdən istifadə edir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Viktoriya İnstaqram səhifəsində məlumat verib:
"Yeni məhsulları satışa çıxarmazdan əvvəl ərimin üzərində test edirik. Bu, Devidin də xoşuna gəlir. O, mənim kosmetik markam üçün ən yaxşı modeldir. Pudra və kölgələrdən əlavə, cavanlaşdırıcı serumu da çox bəyənir. Bir saat əvvəl də mənə yazmışdı ki, "Serumum bitir". Ona yenisini göndərəcəyəm".
Qeyd edək ki, Devid dodaq balzamı və nəmləndirici kremdən istifadə etdiyini 2018-ci ildə etiraf edib.