Katolik rahibə geyimində rəqs edən rusiyalı bloqer Yana Leonova “axmaq videolarına” görə döyülüb.
Qadin.Net bildirir ki, bu barədə “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, naməlum gənc ona yaxınlaşıb və bir neçə dəfə onun üzünə vurub.
Qeyd edək ki, “Tik-tok rahibəsi” kimi tanınan bloqer dini inancları təhqir etdiyi iddia olunan paylaşımlarına görə dəfələrlə hədələrə məruz qalıb.
Bununla bağlı o, hətta hüquq-mühafizə orqanlarına müraciət edib.