Qadin.NET / 107 yaşlı qadın uzun ömürlülüyünün sirrini açdı - FOTO

107 yaşlı qadın uzun ömürlülüyünün sirrini açdı - FOTO

Ötən həftə 107 yaşını qeyd edən italyan əsilli Britaniya vətəndaşı Angela Hutor uzun ömürlülüyünün sirrini bölüşüb.
O, 100 yaşdan çox yaşamaq istəyənlərə hər şey üçün həyəcanlanmamaq və daim nə ilə isə məşğul olmaq tövsiyəsini verib.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, yaşlı qadın bundan başqa hər gün bir portağal yeyir.
Qeyd edilir ki, A.Hutor aprel ayında koronavirusa yoluxub. Lakin xəstəliyə qalib gəlməyi bacarıb.
Yaşlı qadın etiraf edir ki, dünyadakı hazırkı vəziyyət onu qorxutmur. Ancaq yeni koronavirus infeksiyasının ümumi depressiyaya səbəb ola biləcəyindən narahatdır.
Bununla belə o, müsbət əhvalını qoruyur və hər şeyin düzələcəyinə ümid edir.

107 yaşlı qadın uzun ömürlülüyünün sirrini açdı - FOTO
25 avqust 2020
GO BACK