Qadin.NET / Əfsanəvi atlet koronavirusa yoluxub

Əfsanəvi atlet koronavirusa yoluxub

Yamaykalı əfsanəvi atlet, səkkizqat olimpiya çempionu Useyn Bolt koronavirusa yoluxub.
Qadin.Net bildirir ki, “Guardian”xəbər verir ki, idmançının analizinin nəticəsi müsbət çıxıb.
Avqustun 21-də Useyn Bolt doğum gününü sürpriz bir ziyafət ilə qeyd edib.
Sözügedən məclisdə məşhur futbolçular Rahim Sterlinq (“Mançester Siti”) və Leon Beyli (“Bayer Leverkuzen”) də daxil olmaqla bir sıra tanınmış şəxslər və idmançılar da olub.
Doğum günü ziyafətində iştirak edənlərin testdən keçəcəyi gözlənilir.

25 avqust 2020
GO BACK