Koronavirus infeksiyasının yayılması nəticəsində xəstələrin saç tökülmə şikayətlərinin artdığı barədə məlumat vermişdik.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, trixoloq Natalya Korotkova saç tökülmə səbəbinin yalnız COVID-19-la əlaqəli olmadığını, buna həm tətbiq olunan müalicənin, həm də yaşanan stressin səbəb olduğunu deyib.
“Nədənsə saç tökülməsi olan xəstələrin sayı artıb. Stress fonunda bir çoxu viral infeksiyaya məruz qaldı. İndi hər üç insandan biri saç tökülməsi problemindən əziyyət çəkir. Xoşbəxtlikdən bu problemi həll etmək mümkündür. Prosesin bərpa dövründə folikullarda dönməz dəyişikliklər baş vermir, bu ya viruslara, ya da istifadə edilən ciddi dərmanlara tamamilə təbii reaksiyadır. Saç tökülməsinə səbəb olan əlaqəli məqamları tapmaq üçün bu cür proseslərin araşdırılması lazımdır”, - ekspert açıqlamasında qeyd edib.