Qadin.NET / Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA

Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA

Nazirlər Kabineti Yanında Operativ Qərargahın ötən brifiqində Prezidentin köməkçisi Şahmar Mövsümov avqustun 24-dən rayonlara gediş-gəlişin bərpasının müzakirə olunduğunu bildirib.
Bəs, mövcud şəraitdə rayonlara gediş-gəlişin bərpası necə qiymətləndirilir?
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Razi Nurullayev rayonlara gediş-gəlişin bərpa olunmalı olduğunu deyib.

“Hər zaman karantin rejimin yumşaldılmasından yanayam. Artıq demək olar ki, virusla necə davranacağımızı, onunla birgə yaşamağı, virusu kontrolda saxlamağı öyrənmişik. Son zamanlarda qərarlarda yumuşalmalara şahid oluruq. Amma düşünürəm ki, bu, kifayət deyil. Artıq yollar açılmalı, rayonlara gediş-gəliş bərpa olunmalıdır”.

Deputat qeyd edib ki, insanların psixoloji durumu çox ağırdır, hər kəs gərginlik içindədir:

“Qərar veriləndə, bu da nəzərə almalıdır. Fikrimcə, hazırkı durumda rayonlara rahat gedib-gəlmək təhlükə kəsb etmir. Məsələn, Böyük Britaniyada virusla bağlı durum bizdən çox ağırdır, amma orada artıq məktəblər açılıb. Düşünürəm ki, yəqin yaxın günlərdə bizdə də rayonlarla bağlı qadağa aradan qalxacaq”.

“Digər tərəfdən dövlətin qərarlarını da anlayışla qarşılamaq lazımdır. Onlar üçün də önəmli olan insanların sağlamlığıdır”-deyə, millət vəkili fikirlərinə əlavə edib.

24 avqust 2020
GO BACK