Bir neçə ay öncə öldüyü iddia edilən Şimali Koreya lideri Kim Çen Inın həyati təhlükəsi olduğu, komaya girdiyi və hakimiyyətdən getdiyi bildirilir.
Qadin.Net xəbər verir ki, bu barədə Cənubi Koreya mediası yazıb.
“Kim Çen In koma vəziyyətindədir, ancaq sağdır. Bu il jurnalistlərin qarşısına da çox çıxmadı. Bunun səbəbi səhhətindəki problemlərdir ", - xəbərdə qeyd olunub.
Hazırda defakto lider olaraq ölkəyə Kim Çen Inın bacısı Kim Yo Inın rəhbərlik etdiyi bildirilir.
Qeyd edək ki, bu ilin aprel ayında da Kim Çen Inın öldüyü xəbəri yayılmışdı.