Qadin.NET / “MilliÖn” terminallarında nə baş verir?

“MilliÖn” terminallarında nə baş verir?

Bu gün səhər saatlarında “BakıKart” ödənişləri ilə bağlı texniki problem yaşanıb.
Qadin.Net bildirir ki, bu barədə oxu.az-a “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva məlumat verib.
O bildirib ki, səhər saatlarında bu problemdən dolayı çətinlik yaşayan vətəndaşlar “MilliÖn” müştəri xidmətlərinə müraciət etsinlər.
“Mövcud problem artıq aradan qaldırılıb. “BakıKart” ödənişləri ilə bağlı “MilliÖn” müştəri xidmətlərində ödənişin bərpa etmə üsulu vətəndaşlara izah olunacaq. Bununla da onlar səhər saatlarında ödədikləri məbləği kartın balansına yükləyə biləcəklər”, deyə Ü.Əfəndiyeva qeyd edib.
Çekləri götürməyən vətəndaşlar heç də məyus olmasın. Ü.Əfəndiyevanın sözlərinə görə, həmin vətəndaşların da ödədikləri məbləğ kartlarının balansına yüklənəcək:

“Heç bir problem olmayacaq. Əgər kartları varsa, bunu bərpa edə bilərlər və tərəfimizdən ödənişin bərpasına dair qəbzlər də onlara təqdim olunacaq”.

24 avqust 2020
GO BACK