Qadin.NET / Mahatma Qandinin gözlüyü rekord məbləğə satıldı

Mahatma Qandinin gözlüyü rekord məbləğə satıldı

İngiltərədə keçirilən hərracda Hindistan azadlıq hərəkatının ideoloqlarından biri, tanınmış ictimai və siyasi xadim Mahatma Qandinin gözlüyünə rekord məbləğ təklif olunub.
Qadin.Net bildirir ki, "Haber Global"ın məlumatına görə, Qandinin gözlüyü 340 min dollara (578 min manat) satılıb.
Qeyd olunur ki, gözlük amerikalı kolleksioner tərəfindən alınıb.

Mahatma Qandinin gözlüyü rekord məbləğə satıldı
24 avqust 2020
GO BACK